“MDB-nin idman paytaxtı” sertifikatı Gəncə şəhər rəhbərliyinə təqdim olunub.
Apasport.az xəbər verir ki, sertifikatı MDB-nin İcraiyyə Komitəsinin ictimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini Manuçehr Hojizadə təqdim edib.
Bununla əlaqədar olaraq Heydər Əliyev Park-Kompleksində idman oyunlarının nümayişi keçirilib. Daha sonra isə konsert proqramı ilə tədbir başa çatıb.
Tədbir çərçivəsində Manuçehr Hojizadə və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Gəncə İdman Sarayında “Gəncə” VK-nin prezidenti Elvar Osmanovla görüşüblər. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildikdən sonra Elvar Osmanov Manuçehr Hojizadəyə “Gəncə” VK-nin formasını hədiyyə edib.
Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır