RU

"Brent" markalı neftin qiyməti 6 faizdən çox ucuzlaşıb

BAKI, TurkicWorld

Cari ilin avqust ayı üzrə "Brent" markalı neftin fyuçerslərinin qiyməti Londonun ICE birjasında 6 faizdən çox ucuzlaşıb.

TurkicWorld xəbər verir ki, Birjanın Bakı vaxtı ilə saat 17:55-ə olan məlumatına görə, "Brent" neftinin qiyməti 6,02 faiz azalaraq bir barel üçün 71,07 ABŞ dollarına düşüb.

Saat 18:00-a olan son göstəriciyə əsasən isə "Brent"in qiyməti daha da ucuzlaşıb və 70,95 dollar təşkil edib. Eyni zamanda, "WTI" markalı neftin avqust fyuçersləri 5,51 faiz ucuzlaşaraq 69,67 dollar səviyyəsində ticarət olunub.

Избранный
13
turkic.world

1Источники