RU

Mikayıl Cabbarov Əbu Dabi İnkişaf Fondunun baş direktoru ilə görüşüb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) Forumunda iştirakı çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun (Abu Dhabi Fund for Development) baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb.

Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə ölkəmizin əlverişli investisiya mühiti və iqtisadi potensialı vurğulanıb, enerji, infrastruktur, innovasiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə edilib.

#OPEC Beynəlxalq İnkişaf Fondunun (@TheOPECFund) Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun (@ABUDHABI_FUND) baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşdə ölkəmizin əlverişli #investisiya mühiti və #iqtisadi potensialını… pic.twitter.com/a9xWnS1tw3

— Mikayil Jabbarov (@MikayilJabbarov) June 16, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
9
oxu.az

10Источники