RU

Metin Yener: İğdır-Naxçıvan qaz kəməri Azərbaycanla Türkiyə arasında münasibətləri daha da möhkəmləndirdi

Naxçıvan, 16 iyun, AZƏRTAC

İğdır–Naxçıvan təbii qaz kəməri layihəsinin paralel auditi Türkiyənin Hesablama Məhkəməsi ilə Azərbaycanın Hesablama Palatası tərəfindən birgə fəaliyyət nəticəsində həyata keçirildi. Bu işlərə ötən il İğdırda bir protokolun imzalanması ilə başladıq və birillik zaman içərisində hər iki qurum işləri uğurla yerinə yetirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatlarının təqdimatı mərasimindən sonra jurnalistlərə müsahibəsində Türkiyənin Hesablama Məhkəməsinin sədri Metin Yener deyib.

O qeyd edib ki, Türkiyədən BOTAŞ, Naxçıvandan isə SOCAR şirkətləri tərəfindən həyata keçirilən bu proyekt iki ölkə arasındakı ən böyük layihələrdən biri olmaqla yanaşı, həm də iki ölkənin mühüm qurumları arasında birgə fəaliyyətdə bir ilk idi. Bununla iki ölkənin münasibətləri daha da möhkəmləndi. Birlikdə görülən işlər dünya standartlarına uyğun şəkildə təqdim edildi.

"Bu gün Azərbaycan Hesablama Palatasının sədri ilə keçirilən görüşdə bu işbirliyini daha da irəli aparacağıq. Palata sədrini 15 gün sonra Türkiyədə gözləyirik. Orada yeni əməkdaşlığa dair sənəd imzalayacağıq. Bu ilin sentyabrında da bütün Türk dövlətləri ilə bağlı gözəl xəbərlərimiz olacaq. Naxçıvanda olduğum üçün böyük məmnunluq duyuram. Gözəl qonaqpərvərliyə görə hər kəsə təşəkkür edirik”, - deyə Metin Yener əlavə edib.

Избранный
19
1
azertag.az

2Источники