RU

Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla evləndi Fotolar

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin tanınmış ailələrindən olan Feryal Gülmanla keçmiş həyat yoldaşı, iş adamı Kamal Gülmanın oğlu Aslan Kamal Gülman evlənib.

Axşam.az xəbər verir ki, Aslan azərbaycanlı nişanlısı Məryəm Mehdiyeva ilə ötən gün nikah masasına əyləşib. Mərasim Esma Sultan malikanəsində baş tutub. 

Cütlüyün bal ayından sonra İstanbulda yaşayacağı bildirilib.

Qeyd edək ki, Aslan və Məryəm 2 il sevgili olduqdan sonra ötən il Moskvada nişanlanıblar. Məryəm Londonda təhsil alıb və Biznesin idarə olunması fakültəsini bitirib.

Onu da qeyd edək ki, türkiyənin məşhur ailələrindən olan Feryal Gülmanla Kemal Gülman 2021-ci ildə 8 il davam edən boşanma prosesindən sonra rəsmən ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
12
axsam.az

10Источники