RU

Ozan Akbaba Bakıya bu səbəbdən gəlibmiş

Türkiyənin məşhur aktyoru, "Uzak Şehir" serialında baş rolu canlandıran Ozan Akbaba bu günlərdə Bakıda görüntülənib.

Yenisabah.az xəbər verir ki, aktyorun Azərbaycana səfəri istirahət məqsədi daşıyır. Onun bu səfərinə səbəb isə tanınmış yerli aktyor Elşən Orucovla olan dostluq münasibətləridir.

Məlumata əsasən, Ozan Akbabanı Bakıya dəvət edən şəxs məhz "Fəlakət" obrazı ilə sevilən Elşən Orucov olub. Onların dostluğu birgə çalışdıqları “Ben Bu Cihana Sığmazam” serialından sonra daha da möhkəmlənib.

Qeyd edək ki, Bakıda olduğu müddətdə Ozan Akbaba, Elşən Orucovun təqdim etdiyi televiziya proqramının da qonağı olub.


Telegram kanalımız
Избранный
27
yenisabah.az

1Источники