RU

"Nar" internet paketlərində və digər göstərilən xidmətlərdə dəyişik edəcək - SİYAHI

Azərbaycanın mobil operatoru Nar 08.08.2025-ci il tarixindən etibarən yeni internet paketlərini abunəçilərinin istifadəsinə verəcək. Operativ Media xəbər verir ki, qeyd edilən tarixdən abunəçilər 90 qəpikdən başlayan qiymətlərlə müxtəlif internet paketlərindən yararlana biləcəklər. 

Həmçinin 08.08.2025-ci il tarixindən “Günlük 1.5 GB”, “Həftəlik 1 GB”, “Həftəlik 3 GB”, “L” və “L+” internet paketlərinə yeni qoşulmalar dayandırılacaq. Sözügedən xidmətlərin cari istifadəçiləri mövcud şərtlərlə paketlərdən istifadə etməyə davam edə biləcəklər.

"Nar" nömrələrində xəttin tarif planına görə açıq qalma müddəti maksimum 30 gün, minumum 1 gün təşkil edəcək

23.06.2025 tarixindən etibarən “Super 0”, “Unikal” və “Yerlim” tariflərinin şərtlərində dəyişikliklər tətbiq olunacaq. Qeyd olunan tariflərdə hər ay abunəçilərə bonus olaraq ölkədaxili bütün istiqamətlərə 50 dəqiqə danışıq və 350 MB mobil internet təqdim ediləcək. Tariflərdən istifadə edən abunəçilərin nömrələrinin xətti 30 gün ərzində ikitərəfli açıq qalacaqdır. Bu tariflərdə aylıq abunə haqqı 3.79 manat təşkil edəcək. Bu və digər tariflər üzrə öncədən ödənişli nömrələrdə nömrə istifadəsinə görə aylıq xidmət haqqı ləğv edilir. 

Избранный
16
operativmedia.az

1Источники