RU

Qabonlu futbolçu Azərbaycandan Belarusa köçür

BAKI, 16 iyun. TELEQRAF

"Zaqatala"dan ayrılan futbolçu Jan-Pol Assumu Mba karyerasını Belarusda davam etdirəcək.

Teleqraf-ın məlumatına görə, qabonlu hücumameyilli yarımmüdafiəçi Belarusun birinci divizionun iki klubundan təklif alıb.

Hazırda 21 yaşlı oyunçunun meneceri danışıqlar aparır.

Assumu Mbanın "Zaqatala" ilə müqaviləsi başa çatdığı üçün o, azad agent statusundadır.

Qeyd edək ki, Jan-Pol Assumu Mba 2024-cü ilin sentyabrından "Zaqatala"da çıxış edirdi. O, I Liqa təmsilçisinə Fransanın "Leskar" komandasından keçmişdi. Mba Zaqatala təmsilçisinin heyətində son mövsüm ərzində 8 qola imza atıb.

Избранный
7
teleqraf.com

1Источники