RU

Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndidə olublar (FOTO)

Xankəndi. Trend:

“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”mövzusunda Yeni Azərbaycan partiyasının təşkilatçılığı ilə Şuşadakeçirilən beynəlxalq konfransın iştirakçıları bu gün Xankəndişəhərinə səfər edib.

Bu barədə Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.

Konfrans iştirakçıları Zəfər meydanından şəhərin ümumimənzərəsini seyr ediblər. Onlara Zəfər muzeyi haqqında qısa məlumatverilib. Qonaqlar Xankəndi şəhərində gedən bərpa-quruculuq vəyenidənqurma işləri ilə də tanış olublar. Daha sonra QarabağUniversiteti də ziyarət olunub.

Xatırladaq ki, Şuşada keçirilən konfransda bir sıra ölkələrinhakim partiyalarının rəhbərləri iştirak edirlər.

Bir
Bir
Bir
Bir
Bir
Bir
Bir
Bir
Bir
Bir
Bir
Bir
Məqalədə:
Избранный
25
15
az.trend.az

10Источники