Türkiyədə bir ailənin evinin 1-ci mərtəbəsinə əlavə olaraq tikilən eyvan kafel işləri zamanı çöküb.
News24.az xəbər verir ki, aşağı mərtəbədə yemək yeyən 9 nəfər çökən eyvanın altında qalıb.
Hadisə yerinə çox sayda tibbi briqada və jandarma qrupları sövq edilib. Yoxlamalar zamanı Fırat Tarhan (27), Raman Yeli (19), Mücahit Toy (18) və Faris Yelin (12) həyatını itirdiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə

