RU

Dünyanı şoka salan azərbaycanlı şahmatçı sensasiyalı qələbəsindən danışdı: Etiraf edim ki...

Azərbaycanlı şahmatçı Xaqan Əhməd (rapid reytinqi - 2290) Londonda komandalar arasında blits üzrə dünya çempionatında FIDE reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəldiyi partiyanı şərh edib.

Publika.az xəbər verir ki, o, Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında dünya çempionatının unudulmaz anlarla yadda qaldığını söyləyib. 13 yaşlı şahmatçı Nakamura ilə oyuna həyəcanlı start verdiyini qeyd edib:

“Komandalar arasında dünya çempionatı mənim üçün çox unudulmaz anlarla yadda qaldı. Bir gün əvvəl dünya reytinqində ikinci olan Hikaru Nakamuraya qarşı oynayacağım məlum olanda bütün komanda həyəcanlanmağa başladı. Nakamurayla mübarizə bir qədər həyəcanlı start götürdü. Rəqib müəyyən səhvlərə yol verdi. Sonra Hikaru heç-heçə üçün vəziyyətdən çıxış yolu axtarmağa çalışdı. Oyunda müəyyən təzyiq hiss olunurdu. Etiraf edim ki, qələbə məni xoşbəxt etdi. Karyeramda belə güclü şahmatçı üzərində ilk qələbəm oldu. Ümid edirəm davamlı olar. Təəssüflər olsun ki, çıxış etdiyim “Türk Hava Yolları” komandası 1/8 finala vəsiqə qazana bilmədi”.

Xaqan Əhməd Londonda birgə çıxış etdiyi komanda yoldaşlarına minnətdarlığını bildirib:

Избранный
41
10
publika.az

10Источники