RU

MI-6-da tarix yazıldı: İlk qadın rəhbər — Blez Metreveli!

MI-6-da

Böyük Britaniyanın xüsusi xidmət orqanlarının karyeralı əməkdaşı Blez Metreveli bu payızdan etibarən ölkənin Xarici Kəşfiyyat Xidmətinə — MI-6-ya rəhbərlik edəcək və bu posta təyin olunan ilk qadın olacaq.Bu barədə Böyük Britaniya baş naziri Kir Starmerin kancellariyasının bəyanatına istinadən TASS məlumat yayıb.Qeyd olunur ki, hazırda MI-6-nın texnologiyalar departamentinə rəhbərlik edən 47 yaşlı Metreveli 1999-cu ildən kəşfiyyat xidmətində çalışır. O, karyerasının böyük hissəsini Yaxın Şərq və Avropada operativ fəaliyyətlə məşğul olaraq keçirib. Metreveli 2020-ci ilin oktyabrından bəri MI-6-ya rəhbərlik edən Riçard Muru əvəz edəcək.“Blez Metrevelinin bu tarixi təyinatı elə bir vaxta təsadüf edir ki, kəşfiyyat xidmətlərinin fəaliyyəti hər zamankından daha vacibdir. Birləşmiş Krallıq görünməmiş miqyasda təhdidlərlə üz-üzədir — istər sularımıza casus gəmilərini göndərən aqressorlar, istərsə də ictimai xidmətlərin fəaliyyətini pozmağa yönəlmiş mürəkkəb kiberhücumlar həyata keçirən hakerlər olsun”, — deyə Starmer bildirib.Metreveli MI-6-nın 1909-cu ildən bu günə qədər fəaliyyət göstərən tarixində 18-ci rəhbər olacaq. Douninq-strit 10 nömrəli ofisdən bildirilib ki, Metreveli Kembric Universitetində antropologiya ixtisası üzrə təhsil alıb.Ulusum.az

Diqqət Çəkənlər

Nikolya Sarkozi “Şərəf Legionu” ordenindən məhrum edildi

Səhnənin kraliçası: Amaliya Pənahova – sənətə həsr olunmuş ömür

Hər Kəs Niyə Eyni Geyinir? – Şəxsi Üslubun İtkisi və Kütləvi Modanın Gücü

Избранный
5
ulusum.az

1Источники