Bu həftə moskvalılar payıza qərq olacaqlar. Bu barədə TASS agentliyinə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib .
News24.az xəbər verir ki, iyunun 19-da paytaxta "darıxdırıcı payız" havası gələcək. Sinoptikin məlumatına görə, bu gün termometrlər 15-17 dərəcəyə enəcək. Havanın temperaturu gecə 8-10 dərəcə isti təşkil edəcək. Belə ki, şəhərdə iyun ayı normasından 4 dərəcə soyuq olacaq. Bu hava şəraiti bu həftənin sonuna qədər davam edəcək.
Həftə sonu yağıntıların azalacağı, təzyiqin yüksələcəyi gözlənilir.
Səma Orucova