RU

Türkiyə üçün ABŞ turnesi qələbə ilə başladı, məğlubiyyətlə bitdi

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə yığması DÇ-2026-nın atmosferini indidən hiss etmək üçün okeanın o tayında mundialın ev sahiblərinə qarşı yoxlama matçları keçirdi. "Football-plus.az" xəbər veri ki, iyunun 7-də “ay-ulduzlular” ABŞ ilə qarşılaşdı. “Pratt Uitni Stedium”dakı oyun qonaq komanda üçün uğursuz başladı. 22 yaşlı Cek Makqlinn artıq 1-ci dəqiqədə topu uzaq küncə göndərməklə Berke Özəri məyus etdi. Qeyd edək ki, Mərt Günok bu dəfə yığmaya dəvət almadığından, Uğurcan Çakır isə zədəli olduğundan “Eyüpspor”un qapıçısı Berke Özər yığmada debüt etmək fürsəti qazanmışdı. Zədəli Hakan Çalhanoğlunun yoxluğunda isə kapitan sarğısını Çağlar Söyüncü taxmışdı. Berkedən başqa ikinci hissədə meydana çıxan “Trabzonspor”lu cinah müdafiəçisi Mustafa Eskihellaç da yığmada debüt etdi. Uğursuz başlanğıca baxmayaraq, Türkiyə hələ fasiləyə qədər hesabda önə keçməyi bacardı. 24-cü dəqiqədə Arda Gülər bir qədər kuryoz qolun müəllifi oldusa, çox keçmədən Kərəm Aktürkoğlu qapı önündə yaranan qarışıqlıq zamanı komandasının 2-ci qolunu vurdu. Fasilədən sonra qapılara qol vurulmadı və Türkiyə ABŞ-yə qarşı tarixi ərzində keçirdiyi 5-ci oyunda 2-ci qələbəsini qazandı (1 heç-heçə, 2 məğlubiyyət). İyunun 11-nə keçən gecə isə Türkiyə “Kenan Stedium”da tarixində ilk dəfə Meksika ilə üz-üzə gəldi. Kapitan sarğısını bu dəfə Kaan Ayhan taxmışdı. Vinçentso Montella bu görüşdə daha iki futbolçuya yığmada debüt imkanı yaratdı. Mövsümü “Kasımpaşa”da bitirməsinə baxmayaraq, yanvardan etibarən “Aston Villa”ya məxsus olan 19 yaşlı müdafiəçi Yasin Özcan start heyətində peyda oldusa, ötən mövsümü icarə əsasında “Riu Ave”də keçirən “Beşiktaş”ın 20 yaşlı dayaq yarımmüdafiəçisi Dəmir Ege Tıknaz 78-ci dəqiqədə oyuna qoşuldu. Görüş yoldaşlıq oyununa uyğun olmayan tərzdə - kobud və gərgin keçdi. Futbolçular arasında tez-tez gərgin anlar yaşanırdı. Təkcə ilk yarıda qapıya 12 zərbə endirən Türkiyə yığması ümumilikdə pis təsir bağışlamasa da, “çərçivə”yə düşmək və hücumu məntiqi sonluğa çatdırmaq baxımından problem yaşadı. Nəticədə ilk yarının son anlarında AEK-li Orbelin Pinedanın vurduğu qol oyunda yeganə oldu. Beləliklə, bu komandaların tarixdəki ilk duelində sevinən Meksika oldu və Türkiyə üçün ABŞ turnesi məğlubiyyətlə başa çatdı. Qardaş ölkənin komandası növbəti oyunlarını sentyabrda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Gürcüstan və evdə İspaniyaya qarşı keçirəcək.ABŞ – Türkiyə 1:2Makqlinn, 1 – Arda Gülər, 24. Kərəm Aktürkoğlu, 27.Türkiyə: Berke Özər, Zəki Çəlik, Merih Dəmiral, Çağlar Söyüncü (Yusuf Akçiçək, 76), Ərən Elmalı (Mustafa Eskihellaç, 76), İsmayıl Yüksək, Orkun Kökçü (Kaan Ayhan, 66), Oğuz Aydın (Barış Alpər Yılmaz, 65), Arda Gülər, Kənan Yıldız (İrfan Can Kahveci, 76), Kərəm Aktürkoğlu (Can Uzun, 84). Meksika – Türkiyə 1:0Pineda, 45.Türkiyə: Berke Özər, Mərt Müldür, Merih Dəmiral, Çağlar Söyüncü, Yasin Özcan (Mustafa Eskihellaç, 46), İsmayıl Yüksək (Orkun Kökçü, 63), Kaan Ayhan (Dəmir Ege Tıknaz, 78), İrfan Can Kahveci (Barış Alpər Yılmaz, 63), Arda Gülər, Kənan Yıldız (Ahmed Kutucu, 85), Kərəm Aktürkoğlu (Dəniz Gül, 78).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
icma.az

2Источники