RU

“Qalatasaray” bu ulduz futbolçunu transfer edir

“Qalatasaray” “İnter” klubunda çıxış edən türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlunu transfer etmək istəyir.

Ulusal.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, İstanbul təmsilçisi yaxın günlərdə Türkiyə millisinin ulduz futbolçusunun meneceri ilə birbaşa görüş keçirməyi planlaşdırır. Görüşün İstanbulda baş tutacağı gözlənilir.

Hələlik “İnter”ə rəsmi təklif göndərilməyib və potensial transfer Milan klubunun maliyyə tələblərindən asılı olacaq. Buna baxmayaraq, “Qalatasaray” 31 yaşlı futbolçunu vətəninə gətirmək üçün səylərini artırmaq niyyətindədir.

Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Избранный
6
1
moderator.az

2Источники