RU

Makron: Rusiya İran və İsrail arasındakı münaqişədə vasitəçi kimi çıxış edə bilməz

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın Rusiyanın İsrail və İran arasındakı münaqişədə mümkün vasitəçilik ideyasına qarşı çıxıb.

Bu barədə Le Figaro xəbər verir.

Makron Qrenlandiyaya səfəri zamanı deyib: “Bu gün yüksək intensivlikli münaqişədə iştirak edən və bir neçə ildir bilərəkdən BMT Nizamnaməsinə əməl etməyən Rusiyanın heç bir şəkildə vasitəçi kimi çıxış edə biləcəyinə inanmıram”.

Bundan əvvəl prezident Tramp Rusiya prezidenti Vladimir Putinin İsrail-İran münaqişəsinin həllində vasitəçi kimi çıxış etməsinə qarşı olmayacağını qeyd edib.

Bundan əvvəl Putin Moskvanın İsrail və İran arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
dogru.az

1Источники