RU

İran BMT Təhlükəsizlik Şurasından İsraili pisləyən qətnamə qəbul etməyi istəyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, İran BMT Təhlükəsizlik Şurasından İsrailin İran İslam Respublikasına hücumunu pisləyən qətnaməsini qəbul etməyi xahiş edib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Təhlükəsizlik Şurasının beş daimi üzvü də daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər bu hücuma qarşı mövqe nümayiş etdirməli və onu (İsraili) pisləməlidirlər”,-deyə bildirilih.

Baqai İsrailin hücumundan sonra ölkələrin ciddi addımlar atmalı olduğunu deyib və ABŞ-ı İsrailin hücumunu hücum kimi tanımağa çağırıb.

İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, ABŞ İsrailin İrana təcavüzünə görə məsuliyyət daşıyır.

//Gülnarə Abasova, Editor.az

 

 

Избранный
10
editor.az

1Источники