RU

36 ölkənin vətəndaşlarının ABŞ-a girişi qadağan oluna bilər

Vaşinqton bir çox ölkələrin hökumətlərinə ABŞ-a girişə qadağağayla bağlı yeni məhdudiyyətlərdən qaçmaq üçün 60 gün vaxt verib.

Musavat.com xarici mediaya istindadla xəbər verir ki, Donald Tramp administrasiyası 36 ölkə vətəndaşlarının ABŞ-a girişinə yeni məhdudiyyətlər tətbiq etməklə hədələyib. Dövlət Departamentinin sənədini ABŞ dövlət katibi Marko Rubio imzalayıb. Qadağanın əsas səbəbi hökumətin səriştəsizliyi, sənədlərin verilməsində problemlər, eləcə də milli pasportların təhlükəsizliyi ilə bağlı şübhələr olub.

O, həmçinin “siyahı”da olan ölkələrin səlahiyyətlilərinin ABŞ-da qeyri-qanuni və ya müddəti bitmiş vizası olan vətəndaşlarını vətənlərinə deportasiya etməyə kömək etmədiyi halları göstərir.

Bundan əlavə, teleqramda bu ölkələrin bəzi vətəndaşlarının ABŞ ərazisində terror fəaliyyətlərində iştirakından, amerikalı və yəhudi əhalisinə qarşı aksiyalardan bəhs edilir.

Vəziyyət iki ay ərzində düzəlməzsə, Birləşmiş Ştatlar aşağıdakı ölkələrin vətəndaşlarının ölkəyə girişinə qismən və ya tamamilə qapada bilər: Anqola, Antiqua və Barbuda, Benin, Butan, Burkina Faso, Kabo Verde, Kamboca, Kamerun, Kot-d'İvuar, Konqo Demokratik Respublikası, Cibuti, Qabon, Qana, Qambiya, Misir, Qırğızıstan, Liberiya, Malavi, Mavritaniya, Niger, Nigeriya, Sent Kitts və Nevis, Sent-Lusiya, San-Tome və Prinsipi, Seneqal, Cənubi Sudan, Suriya, Tanzaniya, Tonqa, Tuvalu, Uqanda, Vanuatu, Zambiya və Zimbabve.

ABŞ daha əvvəl milli təhlükəsizliyə təhdidlər və terrorçuların nüfuz etmə riskini əsas gətirərək, İran, Liviya, Somali, Sudan, Yəmən və digərləri daxil olmaqla 12 ölkə vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırıb.

Musavat.com

 

Избранный
5
1
musavat.com

2Источники