RU

Klublararası dünya çempionatı: Çelsi meydan sahibləri ilə qarşılaşır

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Klublararası dünya çempionatının ilk turunun daha 3 oyunu iyunun 16-da və 17-nə keçən gecə keçiriləcək.

Fanat.Az xəbər verir ki, C və D qruplarında yer alan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.

Əvvəlcə "Çelsi" ilə ABŞ "Los Anceles"i üz-üzə gələcəklər. Oyun saat 23:00-da başlayacaq. 

Saat 02:00-da "Boka Xuniors" (Argentina) - "Benfika" (Portuqaliya), 05:00-da isə "Flamenqo" (Braziliya) və "Esperans" (Tunis) qarşılaşmaları baş tutacaq. Yeri gəlmişkən, "Flamenqo"da "Qarabağ"ın sabiq hücumçusu Juninyo da çıxış edir.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələrək çıxışını davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
fanat.az

2Источники