RU

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Hər il Milli Məclisdə büdcəyə dəyişikliklər məsələsi müzakirə olunur. Müzakirələrin nəticəsində büdcənin artırılmasına qərar verilir. Qeyd edək ki, dəyişikliklər əsasən neft qiymətləri ilə əlaqəli olur.

Hazırda Milli Məclisin növbədənkənar sessiyası keçirilir. Sessiya çərçivəsində büdəcəyə dəyişikliklərin edilib-edilməyəcəyi maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, bu il Milli Məclisin növbədənkənar sesiyasında büdcə ilə bağlı dəyişikliklərin edilməsi gözlənilmir. 

"Həm də neftin qiyməti də yenidən artaraq dövlət büdcəsində nəzərdə tutulduğundan çoxdur. Bu baxımdan büdcəyə baxılması və hər hansı bir düzəlişlərin edilməsinə zərurətin olmadığını hesab edirəm", - Azər Badamov deyib.

Избранный
18
5
modern.az

6Источники