Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Bornmut"un ukraynalı müdafiəçisi İlya Zabarnıy ilə prinsipial razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər 5 illik müqavilənin şərtlərini razılaşdırıblar. Lakin 22 yaşlı müdafiəçi üçün ödənişlərin bəzi detalları ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, İ.Zabranıy 2024/2025 mövsümündə Premyer Liqada 36 oyun keçirib və bir məhsuldar ötürmə edib.