AzVision.az İsrail Müdafiə ordusunun (ÇAXAL) bəyanatına istinadən xəbər verir ki, əməliyyatlar kəşfiyyat məlumatları əsasında həyata keçirilib.
Hərbçilərin sözlərinə görə, bu mərkəzlər Yaxın Şərqdə İranın nəzarətində olan qrupların köməyi ilə İsrailə qarşı hücumlar planlaşdırmaq üçün istifadə edilib.
Elə bu səhər SEPAH bildirib ki, İsrailə yeni raket zərbələri dalğası zamanı hərbi korpus İsrailin hava hücumundan müdafiə (HHM) sistemlərini bir-birinə qarşı hücum həyata keçirməyə məcbur etmək üçün“yeni üsullardan”yararlanıb.
Bundan əvvəl Amerikanın “Fox News” telekanalı Donald Trampın İsrailin İranın Ali dini lideri Ayətullah Əli Xameneyiyə qarşı sui-qəsd planını blokladığı barədə məlumat yayıb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəfə alıb. Həmin gündən bəri iki ölkənin bir-birinə endirdiyi hava zərbələri davam edir.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта