BAKI, TurkicWorld
FETÖ-nün ROKETSAN-a sızan rəhbəri İstanbulda saxlanılıb.
TurkicWorld xəbər verir ki, FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) Türkiyə müdafiə sənayesindəki strukturuna qarşı həyata keçirilən əməliyyat nəticəsində, təşkilatın ROKETSAN-dan məsul “sözdə bölgə və müəssisə imamı” İshak Uysal 7 illik axtarışdan sonra İstanbulda tutulub.
Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin birgə apardığı əməliyyat nəticəsində Arnavutköydə saxlanılan Uysalın, ROKETSAN-da çalışdığı müddətdə təşkilatın digər üzvlərini ASELSAN-a yönləndirdiyi, “söhbət meneceri” və “mezun meneceri” kimi fəaliyyət göstərdiyi məlum olub. Onun həmçinin gizli rabitə proqramı ByLock-dan istifadə etdiyi, saxta kimliklə gizləndiyi və zorla “xeyriyyə” adı altında pul topladığı müəyyən edilib.
Qeyd edək ki, istintaq çərçivəsində adları keçən 14 FETÖ şübhəlisinin etiraflarında İshak Uysalın adı hallanıb. Onun barəsində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə iki müxtəlif məhkəmə tərəfindən çıxarılmış axtarış qərarı var idi. Saxlanıldıqdan sonra dindirilməsi aparılan Uysal, məhkəmənin qərarı ilə həbs olunub.