RU

ABŞ-nin Təl-Əvivdəki səfirliyi raket zərbələrindən zərər gördü

Bu səhər İran tərəfindən İsrailin Təl-Əviv şəhərinə endirilən raket zərbələri nəticəsində ABŞ-nin bu şəhərdə yerləşən səfirliyi zərər görüb.


Manset.az-ın əldə etdiyi məlumata görə, İran bir neçə hədəfi nişan aldığı hücum zamanı Təl-Əvivin müxtəlif ərazilərinə raket atıb. Raket zərbələrindən biri ABŞ səfirliyinin binasına da ziyan vurub. Hadisə anı ərazidə olan vətəndaşlar tərəfindən lentə alınıb.

İsrailin "Kanal 12" televiziya kanalı bildirib ki, İran müharibənin başladığı gündən indiyə qədər İsrailə qarşı ümumilikdə 11 dəfə hücum təşkil edib. Həmin hücumlar çərçivəsində 370 raket və 100-dən çox pilotsuz uçuş aparatı (PUA) istifadə olunub.

Rəsmi mənbələr hücum nəticəsində səfirlikdə baş verən dağıntının miqyası və mümkün insan tələfatı barədə hələlik ətraflı məlumat yaymayıb.

Избранный
15
1
manset.az

2Источники