RU

"1993: Bir xalqın yenidən doğuluşu"

Hər bir xalqın tarixində elə dönüş nöqtələri olur ki, həmin anlarda ortaya çıxan liderlər

millətin taleyini dəyişir. Heydər Əliyev məhz belə bir şəxsiyyət idi. XX əsrin sonlarında

müstəqilliyini yenidən qazanan Azərbaycan tezliklə onu itirmək təhlükəsi ilə üzləşdi.

1991-1993-cü illər arasında ölkədə siyasi xaos, anarxiya və hərc-mərclik hökm

sürürdü. Hakimiyyətə rəhbərlik edən şəxslərin dövlətçilik təcrübəsinin və siyasi

uzaqgörənliyinin olmaması ölkəni dərin böhrana sürükləmişdi.

1993-cü il 4 iyun hadisələri ilə bu böhran kulminasiya nöqtəsinə çatdı. Dövlətçiliyin,

milli varlığın belə təhlükəyə düşdüyü bir zamanda Azərbaycan xalqı çıxış yolunu

Heydər Əliyevdə gördü. AXC-Müsavat iqtidarı da yaranmış vəziyyətin ağırlığını dərk

edərək ona müraciət etməyə məcbur oldu.

İYUN HADİSƏLƏRİ – ANARXİYA, HƏRC-MƏRCLİK, XAOS

XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq

Cümhuriyyəti iki il yaşamış və xarici müdaxilə nəticəsində süquta uğramışdısa, bu

dəfə yenə iki ildir müstəqilliyini bərpa edən Azərbaycan Respublikası maraqlı xarici

qüvvələrlə yaxından əməkdaşlıq edən daxilimizdəki xəyanətkarların əməlləri

nəticəsində azadlığını itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, xəritədən

silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyət o həddə çatmışdı ki, müəyyən

dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.

Təbii ki, bu kimi dəhşətli proseslərin baş verməsinin əsaslı səbəbləri var idi. 1992-ci

ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il

ərzində ölkəni elə bir bərbad vəziyyətə salmışdı ki, bəzi beynəlxalq siyasi şərhçilərin

dediyi kimi, artıq müstəqilliyimizi ancaq möcüzə xilas edə bilərdi. O vaxt Azərbaycan,

demək olar ki, dağılırdı. Respublikada qanunsuz silahlı quldur dəstələri meydan

sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın

məngənəsində boğulur, parçalanırdı. Əhalinin ərzaq, xüsusilə çörək qıtlığı ilə üz-üzə

qalması, daxili sabitliyin pozulması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib

edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə,

mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd

təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem

gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi. Qanlı hadisələr

Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi.

1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və rəhbərliyin dəvətini qəbul edib Bakıya

qayıtdı. Onun hakimiyyətə dönüşü ölkəni vətəndaş müharibəsindən, parçalanmadan

xilas etdi. 15 iyun 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdan Heydər Əliyev

Azərbaycanın yeni tarixində dönüş nöqtəsi oldu. Bu gün Qurtuluş Günü kimi qeyd

etdiyimiz bu tarix ölkəmizin sabitliyə, təhlükəsizliyə və inkişaf yoluna qədəm qoyduğu

gündür.

Heydər Əliyevin rəhbərliyi ilə separatçılıq meyilləri yatırıldı, cinayətkar dəstələr

zərərsizləşdirildi, 1994-cü ildə atəşkəsə nail olundu. Sabitlik və inkişaf mərhələsi

başlandı. Onun dövlətçilik təcrübəsi, qətiyyəti və milli iradəyə söykənən siyasəti

müstəqil Azərbaycan Respublikasının əsaslarını möhkəmləndirdi.

Daxili siyasətdə:

• Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi

vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi;

• Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı;

• Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı;

• İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi;

• İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici

sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi;

• Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı;

• Ordu quruculuğunda mühüm addımlar atıldı.

Enerji sahəsində:

• “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi

inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində

xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9

milyard dollar həcmində vəsait yatırdılar;

• Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına

rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi

başlandı;

• Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına

çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini

uğurla həll etdi.

Xarici siyasətdə:

• İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan

informasiya sahəsində təcriddən çıxmağa nail oldu;

• Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər

Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa

müvəffəq oldu.

Heydər Əliyev yolu ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur.

Bu gün respublikamızda dahi şəxsiyyətin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin

qətiyyətlə davam etdirilməsi Azərbaycan xalqının xoşbəxtliyidir.

Onun dediyi kimi: “İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz.”

Tarix də sübut etdi ki, gerçək liderlər sınaqlardan çıxaraq xalqın yaddaşında əbədi

yaşayırlar.

Mən bir Azərbaycan gənci olaraq ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi

kursu yalnız tarixi bir miras kimi deyil, həm də şəxsi mənəvi məsuliyyətim kimi qəbul

edirəm. Bu yolun davamçısı olmaq, Vətənimə xidmət etmək, ölkəmin gələcəyi üçün

əzm və inamla çalışmaq mənim həyat məqsədimdir. Bu böyük yolun bir yolçusu

olmaq mənim üçün həm şərəf, həm də öhdəlikdir.

Əfsanə İbrahimova

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının II KURS Tələbəsi

Избранный
37
gundem.az

1Источники