Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sədrin səlahiyyətləri Qiyas Sadıqova həvalə edilib
Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının (AXP) sədrliyindən istefa verib. AYNA.AZ xəbər verir ki, bu barədə P.Hüseyn özünün “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “AXP Nizamnaməsinin 7.1.4.2 maddəsini əsas tutaraq qərara alıram: AXP sədri səlahiyyətlərinin həyata keçirilməsi bu qərar elan olunduğu tarixdən AXP sədrinin müavini Qiyas Böyükağa oğlu Sadıqova həvalə edilsin”.
P.Hüseyn qərarı bu gün, iyunun 16-da imzalayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.