Klublararası dünya çempionatının B qrupunun 1-ci turunda PSJ “Atletiko”nu 4:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, bu nəticə parislilərə 2025-ci ildə Avropanın top-5 liqasında ən çox qol vuran komanda olmağa imkan verib. Luis Enrikenin yetirmələri bütün turnirlərdə 105 qol vurub. PSJ 102 qol vuran “Barselona”nı qabaqlayıb.
"İlk üçlüyü" isə 79 qolla “Real” tamamlayır.