Azərbaycan müstəqil olandan sonra Rusiyanın Azərbaycana təzyiqi tək Qarabağla məhdudlaşmırdı.
İkinci problem kimi Xəzərin statusu problemini ortaya atmaqla Xəzər neftinin istismarına problem yaratmaq idi. Buna görə də Rusiya keçmiş SSRİ zamanı Xəzər gölünə verilən statusu “dəniz” adına dəyişdirməklə və onun həm səthinin, həm də dibinin bölünməsini ortaya atmaqla həm İrana həm də Türkmənistana imkan yaratdı ki, Azərbaycanı Xəzərdə sıxışdırsınlar. Qərbin, xüsusilə də ABŞ və İngiltərənin Xəzərdə neft istismarına problem yaratsınlar.
Azərbaycan hakimiyyətinin Rusiyadan asılılığı bu məsələdə böyük təzadlıq yaradırdı. Bir tərəfdən dünyanın böyük neft layihəsinə imza atılıb, digər tərəfdən isə Rusiyanın buna yaratdığı maneələrdə iştirak edirdi və razılaşırdı.
Əsas problem “Azəri-Çıraq” yatağında yaradıldı. Türkmənistan bu günə qədər həmin yatağın onların ərazisi olduğunu iddia edir. O zaman da Saparmurad Niyazov Putinin göstərişi ilə bu yatağın istismarına etiraz edirdi, amma problem yaratmaq üçün gücü yox idi. Keçmiş SSRİ qanunlarına görə hətta İrana Xəzərə donanma çıxarmaq qadağan edilmişdi. Xəzərdə iki donanma var idi. Rusiya və Azərbaycan donanması. Rusiya Xəzər neftinin istismarına problem yaratmaq üçün İrana Xəzər dənizinə donanma çıxarmağa icazə verdi. Yəni təzyiq güclərini artırdı.
Bu narazılıq 2001-ci ildə kuliminasiya nöqtəsinə çatdı. Mən Dəniz Limanında mühəndis işləyirdim. Xəzərin Azərbaycan akvatoriyasında hərəkət edən istənilən yerli və xarici gəmilər mənə arayış təqdim edirdilər. Həmin gəmilərdən biri, aşağıda şəkildə gördüyünüz “Geofizik-3” Karbohidrogen ehtiyatlarının kəşfi ilə məşğul olan gəmi idi. Bu gəmi “Azəri -Çıraq” yatağında BP-nin (ABƏŞ) işlərini görürdü. 2001-ci ildə həmin gəmi yataqda işini görmək ərəfəsində İran Hərbi Donanması tərəfindən mühasirəyə alındı, gəmiyə atəş açıldı və təcili olaraq gəmidən ərazini tərk etməyi tələb etdilər. Guya ərazi İrana məxsusdur. Halbuki hələ status barədə qəti qərar yox idi. Təbii ki, Rusiyanın göstərişi ilə bu bir təzyiq metodu idi. Dərhal İngiltərə müdaxilə etdi və NATO-nun göstərişi ilə Türkiyə Azərbaycana 5 ədəd “F16” göndərdi və həmin “F16”lar Xəzər üzərində manevr edərək İrana xəbərdarlıq etdi. Təxminən 6-ay sonra gəmi öz işinə başladı. O vaxtdan həmin “F16”lar qarantiya olaraq Azərbaycana hədiyyə edildi. Həmin F16-lar birdə havaya 2020-ci ildə Qarabağ savaşında Gəncə səmasında manevr etdilər. Çünki Ermənistan ərazisindən, Rusiya hərbi bazasından Gəncə bombalanmışdı. Ümumiyyətlə isə Qarabağ savaşında istifadə edilmədi çünki buna ehtiyac görülmədi.
Qarabağ savaşının başlanmasında məlum Tovuz hadisələri stimul oldu. O da yenə Rusiyanın Tovuzdan keçən Bakı -Ceyhan boru xəttinə yaratdığı təhlükə ilə bağlı idi. Bundan sonra Rusiyanın ümumiyyətlə Qafqazdan çıxarılmasına başlanıldı və nəticə ortada.
Rusiya Baki-Ceyhan neft kəməri tikilənə qədər Azərbaycana müxtəlif formalarda təzyiqini davam etdirirdi. Məsələn dənizə sualtı beton izolə edilmiş boruları Azərbaycan gəmilərini daşımasına icazə vermədi. Yalnız Rusiya gəmiləri – “Meq”, “Seq”, “Kento”, “Lutoqa” gəmiləri ilə daşındı və qazancdan da vergi verilmədi. Azərbaycan gəmilərinə isə Volqa kanalı vasitəsilə Xəzərə daxil olmalarına qadağan qoyuldu. Yəni Rusiya Xəzəri tam blokadada saxladı. İranı isə lazım olanda təzyiq kimi Azərbaycana və Qərbə təzyiq kimi istifadə etdi.