ABŞ prezidenti Donald Tramp bəzi böyük şəhərlərdə etirazlara baxmayaraq, ölkədə mühacirlərə qarşı deportasiya və həbs tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
Turkustan.az xəbər verir ki, Tramp “Truth Social” hesabında başda Los-Anceles olmaqla böyük şəhərlərdə keçirilən nümayişlərlə bağlı administrasiyanın immiqrasiya siyasətini tənqid etmək üçün açıqlamalar verib.
İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) “tarixdə qeyri-qanuni mühacirlərin ən böyük kütləvi deportasiya əməliyyatını” həyata keçirdiyini müdafiə edən Tramp: “Bizi işimizi görməkdən heç nə yayındıra bilməz” dedi.
Tramp ICE rəsmilərinə “tarixdə yeganə ən böyük kütləvi deportasiya proqramını həyata keçirmək üçün əllərindən gələni etməyi” əmr etdi.
Los-Anceles, Çikaqo və Nyu-York kimi şəhərlərdə qeyri-qanuni mühacirlərə qarşı deportasiya və həbs cəhdlərinin gücləndirilməsi lazım olduğuna diqqət çəkən Tramp, bu şəhərlərdəki Demokrat siyasətçiləri qeyri-qanuni mühacirlərdən istifadə edərək “seçici bazalarını artırmaqda” və “ABŞ vətəndaşlarından iş və imkanları oğurlamaqda” günahlandırıb.
Aytən Yaşar/ Turkustan.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта