RU

Gedək Qazaxa bir salam verək...

Bakı. Trend:

Gedək Qazaxa bir salam verək...

İyunun 15-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY)Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarlarınmarşrutunu Qazax stansiyasına qədər uzadır. Əvvəllər Bakıdan Qazaxa2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatar 8 saat 25dəqiqəyə mənzil başına çatırdısa, artıq bu məsafə 5 saat 36dəqiqəyə qət olunacaq.

Saat 9:00-dur. Qazaxa doğru hərəkət edən sürətqatarındayıq...

Jurnalistlər səyahət başlamamış sərnişinlərlə həmsöhbət olmağa,təəssüratlarını öyrənməyə başladılar. Axı bu 5 ildən sonra Qazaxagedən ilk qatardır.

Sərnişinlər arasında bəlkə də hər yaş qrupundan olanlarvar.

Qatarla səyahət etməyi sevirəm, amma bu qədər qısa zamandayüzlərlə kilometr məsafəni qət etmək xoş olduğu qədər təəccüblüdür.Təbii ki, dövr kimi nəqliyyat vasitələri də dəyişir. Lapuşaqlığımda doğma Tovuza sərnişin qatarları ilə getməyimiz gəldiağlıma. Amma o indiki qatarlar qədər sürətli deyildi, gecədənsəhərə qədər tətili necə keçirəcəyimizi planlaşdıraraqsəbirsizliklə səyahət edirdik. Pəncərədən yolları izləyir, buyerlərdə kimlərin yaşadıqlarını, həyatlarının necə keçdiyini xəyaledirdik. Yolda gördüyümüz hər canlı - at, inək, qoyun bizə çoxmaraqlı görünürdü. Düzdür, getdiyimiz yerdə, kəndimizdə də həmincanlılardan bolca görürdük. Amma onları qatarın pəncərəsindənizləmək, zəhmətkeş insanların çalışdığını görmək sanki şəhərdənyola çıxan uşaqlarda ayrı bir maraq, həvəs yaradırdı. Hələ dağlarıdemirəm, Uca Tanrı yurdumuzu hər cür gözəlliklərlə mükafatlandırıbsanki. Bu mənzərələrə göz uzandıqca baxmaq, bu baxışlar içərisindəxəyallara dalmaq, bu hissləri sözlərə çevirə bilmirəm. Ancaqyaşayıb görmək mümkündür.

Qatarlar dəyişdiyi kimi, insanların da dəyişdiyini görünür.Uşaqların çoxu artıq yollara baxaraq mənzərədən zövq almır, mobiltelefonlara yüklənən oyunlarla sürətli səyahəti başa vurmağaçalışırlar. Əslində təkcə uşaqlar deyil, elə böyüklər də bəzənyoldan zövq almaq əvəzinə, telefonla vaxt keçirməyə çalışırlar.

Səyahət mövsümünün aktivləşdiyi vaxtlarda qatarda səyahətedənlər arasında istirahət etmək üçün doğma yurduna üz tutaninsanları görmək olur. Yay fəsli olduğu üçün bir çoxları kimi,onlar da istirahət etmək üçün rayona üz tutur. Bəlkə də şəhərinsəs-küyündən, yorğunluğundan, insanların sıxlığından bir anlıqqaçmaq istəyənlər bu qatarda toplaşıb. Kimi uşaqlığına gedir, kimigəncliyinə. Hamımızı birləşdirən isə Qazaxa doğru istiqamətlənənqatarda olmağımızdır.

Bu səyahət isə mənə bir daha göstərdi ki, Azərbaycan DəmirYolları təkcə sərnişin daşımır. Bəlkə də bütün sərnişinlərlə söhbətetmək fürsətimiz olsaydı, hər birinin özünəməxsus hekayəsininstansiya-stansiya, şəhər-şəhər bu qatarlarla birlikdə gəzdiyinigörərdik. Çoxlarımızın uşaqlıq xatirələri, xəyalları bustansiyalarda, dayanacaqlarda qalıb. Bu qatarlarla yalnızsərnişinlər yox, onların sevincləri, kədərləri, bitən yurdhəsrətləri də daşınır. Xülasə, Azərbaycan Dəmir Yolları sadəcəsərnişin deyil, onların dünənini, bu gününü, sabahını, sevincini vəkədərini daşıyır.

Beləcə, uzun və düşündürücü yolun sonunda mənzil başınaçatdıq...

Ölkəmizin bütün rayonları gözəldir əlbəttə ki, onların arasındaQazaxın da özünəməxsus yeri var. Digər qərb rayonlarımız kimi onunda mənzərəsinə söz olmadığını əminliklə deyə bilərəm. Rayonunhavası sanki doğma yurdumu xatırladır mənə. Yeni açılan QazaxDəmiryol Stansiyasının açılışı da bu günə təsadüf edir.

Bayram ruhu ilə dolu olan bu gündə, açılış mərasimində millirəqslərimizin təqdim edilməsi yenilik və ənənəviliyin bir vəhdətiniözündə əks etdirir. Küçələr Bakıdan çox da fərqlənməsə də,insanların mehribanlığı buranı özünəməxsus edir.

Uzun sözün qısası, gəlmişik Qazaxa bir salamverək...

Məqalədə:
Избранный
40
1
az.trend.az

2Источники