RU

"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir

"Qalatasaray" "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu transfer etməyə çalışır.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, Türkiyə klubunun nümayəndələri yaxın günlərdə İstanbulda 31 yaşlı futbolçunun agenti ilə görüşəcək. “Qalatasaray” hələlik “İnter”ə rəsmi təklif göndərməyib.

İyunun 14-də İtaliya klubunun Çalhanoğlunu 35–40 milyon avroya satmağa hazır olduğu bildirilmişdi.

Yarımmüdafiəçi 2021-ci ildən "İnter"də çıxış edir. O, 2024/25 mövsümündə bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Избранный
10
operativmedia.az

1Источники