RU

Türkiyənin 18 vilayətində İŞİD-ə qarşı əməliyyat: həbs olunanlar var

Bakı. Trend:

Son iki həftə ərzində Türkiyənin 18 vilayətində İŞİD terrortəşkilatına qarşı jandarmamız tərəfindən həyata keçirilənəməliyyatlarda terrorçu təşkilatın üzvü olmaqda şübhəli bilinən 39nəfər həbs olunub.

Trend xəbər verirki, bu barədə Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya sosialşəbəkə hesabında paylaşım edib.

“Respublika Baş Prokurorluğu və Jandarma Baş KomandanlığınınTerrorla Mübarizə İdarəsinin əlaqələndirməsi ilə vilayət jandarmakomandanlıqları tərəfindən aparılan işlər nəticəsində Adana, Bursa,Çankırı, Çorum, Dənizli, Eskişəhər, Hatay, İstanbul, Kahramanmaraş,Kastamonu, Kayseri, Kilis, Kocaeli, Osmaniyə, Sakarya, Samsun,Şanlıurfa və Tekirdağda keçirilən əməliyyatlarda saxlanılanşübhəlilərin DEAŞ terror təşkilatına üzv olduqları, təşkilatlaəlaqəli qondarma yardım qurumlarına maliyyə dəstəyi göstərdiklərivə sosial şəbəkə hesablarında terror təşkilatının təbliğatınıapardıqları müəyyən edilib", - paylaşımda əlavə olunub.

Qeyd edilir ki, əməliyyatlar nəticəsində çox sayda təşkilata aidsənəd və rəqəmsal material ələ keçirilib.

Məqalədə:
Избранный
13
1
az.trend.az

2Источники