RU

İranda “Mossad”ın PUA və bombalar hazırlayan emalatxanası aşkar edilib

İranda

İranın Rey şəhərində İsrail kəşfiyyat agentliyi “Mossad”-ın kamikadze pilotsuz uçan aparatları (PUA) və əldəqayırma bombalar yığdığı emalatxanası aşkar edilib.

Reyting.az
xəbər verir ki, bunu şəhərin hüquq-mühafizə orqanlarının rəhbəri polkovnik Hüseyn Mafi bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr və onların istehsalı üçün istifadə olunan avadanlıqlar müsadirə edilib.

H. Mafi deyib ki, insanların bir mənzilə şübhəli baş çəkmələrlə bağlı verdiyi ifadələr əsasında məhkəmənin göstərişini alan kəşfiyyat qrupları və polis bölmələri dərhal əməliyyata başlayıb: “İstintaq zamanı mənzildə xeyli sayda pilotsuz uçuş aparatı, kamikadze aparatlarının istehsalı üçün avadanlıq, əldəqayırma bombalar və digər əşyalar aşkar edilərək götürülüb”.

Mafi əlavə edib ki, emalatxanada 200 kiloqramdan çox partlayıcı maddə və intiharçı dronların hazırlanması üçün çoxlu avadanlıq tapılıb.

E. KAMAL
Избранный
9
2
reyting.az

3Источники