RU

Tramp Xameneyinin öldürülməsinə icazə verməyib | VİDEO

AzVision.az xəbər verir ki, amerikalı məmurlara istinad edən “Reuters” agentliyinin yazdığına görə,İsrail ABŞ-ni Xamneyini aradan götürmək imkanları barədə xəbərdar edib. Lakin Amerika vətəndaşlarına qarşı birbaşa hücumun olmamadığını əsas gətirən Donald Tramp bu ssenarini dəstəkləməyib.

“İranlılar artıq amerikalı öldürüblərmi? Xeyr. Onlar bunu etmətyənə qədər biz siyasi rəhbərliyi təqib etməkdən belə danışmırıq", - məlumatda deyilir.

Mənbələr İsrailin nüvə proqramını dayandırmaq məqsədilə iyunun 13-nə keçən gecə İrana kütləvi hücuma başlamasından sonra ABŞ rəsmilərinin İsrail rəsmiləri ilə daimi əlaqə saxladığını bildirib. Onların iddiasına görə, israillilər İranın ali liderini öldürmək variantının olduğunu bildiriblər, lakin Tramp bu planı rədd edib.

- Heç vaxt baş verməyən söhbətlərlə bağlı çoxlu yalan məlumatlar var və mən bunun təfərrüatına varmaq fikrində deyiləm. Amma mən sizə deyə bilərəm ki, biz etməli olduğumuzu edirik vəedəcəyik. Vaşinqton isə, məncə, Birləşmiş Ştatlar üçün nəyin yaxşı olduğunu bilir”, - İsrailin baş naziri Binyamin Netanyahu “Fox News” telekanalının Trampın“vetosu”ilə bağlı məlumatı şərh edib.

Onun sözlərinə görə, İsrailin hərbi hücumları nəticəsində İranda rejim dəyişikliyi baş verə bilər və İsrail Tehranın yaratdığı“ekzistensial təhlükəni” aradan qaldırmaq üçün əlindən gələni edəcək.

İsrailin hərbi rəsmilərindən biri “Reuters” agentliyinə bildirib ki, hazırkı kampaniyanınməqsədi İranda rejim dəyişikliyi yox, Tehranın nüvə və raket proqramlarını sıradan çıxarmaq və“bizi məhv etmək”imkanlarını aradan qaldırmaqdır.

Tehran nüvə silahından imtina etməyə hazırdır| VİDEO
İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi isə, Əli Xameneyinin öldürülməsi ilə bağlı “Trampın vetosu” məlumatını “yalan xəbərlərölkəsindən gələn yalan” adlandırıb:“Biz xahiş etməmişik və etmirik. Amerikalılar öz maraqlarına uyğun qərar qəbul edirlər”.

Qeyd edək ki, İsrailin Tehrana zərbələr endirməsindən sonra mənbələr istinad edən KİV-lər Ayətullah Xameneyinin və onun ailəsinin Əfqanıstanla sərhəd yaxınlığındakı bunkerə köçürüldüyünü xəbər verir.

Bəzi media resursları isə, İran rəhbərliyinin ölkədən təcili təxliyyə olunması barədə Rusiya ilə danışıqlar apardığını yazır.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəfə alıb.

Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” əməliyyatının başladığını elan edərək İsrailə raket zərbələri endirib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib.


Sahil İsgəndərov
AzVision.az


Избранный
12
3
azvision.az

4Источники