Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda daha bir oyun keçirilib.
QOL.az xəbər verir ki, Braziliyanın "Botafoqo" klubu ABŞ təmsilçisi "Sietl Saunders"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
"Botafoqo"nun heyətində qolları Jair Kunya və İqor Xesus vurub. "Sietl Saunders"də isə Kristian Roldan fərqlənib.
"Botafoqo" iyunun 20-də "Atletiko", "Sietl Saunders" isə PSJ ilə qarşılaşacaq.