İranın hava məkanı 16 iyuna qədər bağlı olacaq.
Operativ Media xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
"Ölkənin hava məkanı bazar ertəsi, iyunun 16-sı saat 14:00-a qədər (Tehran saatı ilə) bağlı olacaq", - məlumatda qeyd edilib.