RU

Klublararası dünya çempionatında 10:0

style='margin-bottom:10px;'>

Bu gün start verilən klublararası dünya çempionatı davam edir. 

QOL.az xəbər verir ki, turnirin ikinci görüşündə "Bavariya" "Oklend Siti" ilə qarşılaşıb. Almaniya klubu Yeni Zelandiya təmsilçisini 10:0 hesabı ilə məğlub edib. 

Camal Musiala het-trik müəllifi olub. O, ikinci hissədə Harri Keyni əvəz edərək meydana daxil olub. Kinqsli Koman, Maykl Olise və Tomas Müller isə dubl ediblər. Saşa Boe isə bir qol vurub.

"Bavariya" növbəti oyununu iyunun 21-də Argentina klubu "Boka Juniors"la keçirəcək. "Oklend Siti" ayın 20-si Portuqaliyanın "Benfika" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ-da keçirilən klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək.

Избранный
8
2
teleqraf.com

3Источники