RU

Rusiyada 8 yaşlı uşaq Rusiya Günündə "əbədi məşəl"İ söndürdü... -Cinayət işi açıldı...-VİDEO

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Yaroslavl vilayətinin Semibratovo kəndində uşağın "əbədi məşəl" üzərinə su tökməsi ilə bağlı cinayət işinin açılması barədə göstəriş verib. 
 
Moderator.az qazeta.ru nəşrinə istinadla xəbər verir ki, İstintaq Komitəsinin mətbuat xidməti iyunun 15-də bildirib.
 
Bəyanatda işin hansı maddə ilə açılacağı göstərilməyib. Eyni zamanda, İstintaq Komitəsinin bəyanatında deyilir ki, iş “hərbi şöhrət simvolunun təhqir edilməsi ilə bağlı məlumat əsasında” açılmalıdır. Müvafiq cinayət - "Rusiyanın hərbi şöhrət rəmzlərinin təhqir edilməsi" - Cinayət Məcəlləsinin 354.1-ci maddəsində ("Nasizmin reabilitasiyası") nəzərdə tutulub.
 
Daxili İşlər Nazirliyinin rayon şöbəsindən bildirilib ki, “əbədi məşələ 2017-ci il təvəllüdlü uşaq tərəfindən su tökülüb: “Yetkinlik yaşına çatmayanların işləri ilə məşğul olan əməkdaşları uşaq və onun qanuni nümayəndələri ilə profilaktik söhbət aparıb, oğlanın hərəkətinin səbəblərini müəyyənləşdiriblər”. Daxili İşlər Nazirliyi uşağın yanğını söndürməsinin səbəbini açıqlamayıb. Polisin materialları rayon yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaya verilib.
 
Uşaq Semibratovo kəndindəki "əbədi məşəl"i iyunun 12-də, yəni Rusiya Günündə söndürüb. İyunun 14-də baş vermiş hadisənin video-yazısını hüquq-mühafizə orqanları ilə əlaqəli “112” Telegram kanalı yayıb. Videoda uşağın velosipedlə "Böyük Vətən" müharibəsində həlak olanların abidəsinə tərəf getdiyi, bir şüşə su götürərək içindəkiləri alovun üzərinə tökdüyü əks olunub. Alov sönəndən sonra oğlan yenidən odun üstünə su tökür, sonra qabı beşguşəli ulduzun üstünə qoyur və velosipedinə minib uzaqlaşır.
 
Sonradan RENTV-nin yaydığı məlumata görə, guya həmin uşaq autizm xəstəliyindən əziyyət çəkir.
 
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ölkədə digər müharibə rəmzləri ilə yanaşı, əbədi məşəllərə qarşı da təhqiramiz davranışların sayı artıb. Məsələn,  2022-ci ilin iyulunda Komi Respublikasının paytaxtı Sıktıvkardakı "əbədi məşəl"ə sidik ifraz edən 12 yaşlı oğlan saxlanılıb.

 

 
Избранный
20
moderator.az

1Источники