Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatınabirbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Gürcüstan Milli Statistika Xidmətininmateriallarına istinadən məlumat verir.
2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstanainvestisiya qoyuluşu 12,7 milyon ABŞ dolları təşkil edib.Beləliklə, Azərbaycan 2025-ci ilin birinci rübündə Gürcüstaniqtisadiyyatına investisiyaları 96,8 % artırıb.
Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 13,9 %payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran beşinci investorolub.
Ümumilikdə, I rübdə Gürcüstan iqtisadiyyatına birbaşa xariciinvestisiyalar 179 milyon ABŞ dolları təşkil edib ki, bu da ötənilin eyni dövrü ilə müqayisədə 7,7 % azdır.
2024-cü ildə Azərbaycandan Gürcüstana birbaşa investisiyalar70,7 milyon ABŞ dolları təşkil edib.