RU

Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Qəza zamanı 1996-cı il təvəllüdlü K.Əliyev, 1990- cı il təvəllüdlü E. Abdullayev və bir daha qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Избранный
22
5
news24.az

6Источники