Bazar ertəsi İranın İsrailə qarşı irimiqyaslı raket zərbəsi nəticəsində azı üç nəfər həlak olub. Təl-Əvivdəki yaşayış blokları səhər tezdən son hücumda birbaşa zərbələrə məruz qalıb.
Moderator.az bu haqda yerli "Ynet" nəşrinə istinadla xəbər verirı
Bakı vaxtilə saat 06:28-ə verilən məlumata görə, vəziyyəti ağır olan 10 yaşlı uşaq və yeni doğulmuş körpə də daxil olmaqla onlarla insan yaralanıb.
Təl-Əviv ərazisində ən azı iki hündürmərtəbəli yaşayış binası daha böyük birbaşa zərbələrə məruz qalıb.
Raketlərdən biri Təl-Əvivdəki Amerika səfirliyinin binası yaxınlığında düşüb.
Petax-Tikvada yaşayış binasına raket düşdükdən sonra yanğın baş verib. "Magen David Adom" ("MDA") təcili yardım xidmətinin həkimləri hadisə yerində olub, yüngül xəsarətlər alan bir neçə nəfərə yardım göstərib.
Bazar ertəsi səhər saatlarında verilən ilkin məlumatlara görə, İrandan atılan son raket zərbələri nəticəsində bir sıra məntəqələr vurulub. Təcili yardım qrupları zənglərə cavab verdiklərini bildiriblər. Şimalda sirenlər hələ də bölgəni təhdid edən pilotsuz təyyarələr barədə xəbərdarlıq edib.