RU

ABŞ-dan Qrenlandiyaya 20 ildən sonra ilk birbaşa uçuş reallaşdı

Birləşmiş Hava Yollarına məxsus Boeing 737 Max 8 təyyarəsi Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə eniş edib.

Bizim.Media "The Washington Post"a istinadən xəbər verir ki, bu, 2008-ci ildən bəri ABŞ-dən Qrenlandiyaya ilk birbaşa uçuş olub.

Uçuş həm də maraqlı tarixi təsadüflə diqqət çəkib – iyunun 14-də həyata keçirilən bu reys ABŞ Prezidenti Donald Trampın 78-ci doğum gününə təsadüf edib.

Təyyarə Nyu-Cersidəki Nyuark Beynəlxalq Hava Limanından yerli vaxtla saat 11:31-də havaya qalxıb və təxminən dörd saatlıq uçuşdan sonra Nuuk şəhərinə çatıb. Sərnişin biletlərinin qiymətləri bir istiqamət üçün təxminən 1200 dollar, geri dönüş üçün isə 1300–1500 dollar arasında dəyişir.

Bizim.Media

Избранный
38
bizim.media

1Источники