RU

Mingəçevirdə iki gənc bıçaqlandı

BAKI, 16 iyun. TELEQRAF

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində bir nəfər iki gənci bıçaqlayıb.

Bıçaqlanma şəhərin Sağ sahil adlandırılan ərazisində baş verib.

Hələlik səbəbi məlum olmayan mübahisə və münaqişə zəminində 20 yaşlı Sadiq Babayev və 22 yaşlı Əli Hacıyev Turxan Beybutov adlı şəxs tərəfindən bıçaqlanıb. Münaqişə zamanı T.Beybutov da yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar təcili xəstəxanaya çatdırılıb.

Избранный
14
teleqraf.com

1Источники