Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 16 klubdan 12-si müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, onlardan 6-nın səpələnmişlər, 5-nin isə səpələnməmişlər səbətində yer alacağı dəqiqdir.
Kipr təmsilçisi AEK-in isə hansı səbətdə olacağı hələ məlum deyil.
Azərbaycanı bu turnirdə təmsil edəcək komanda püşkatma zamanı səpələnməmişlərdə yer alacaq ki, bu, “Sabah” olacaq.
Təmsilçimizin potensial rəqibləri “Legiya”, “Partizan”, “Şerif”, ÇFR, “Selye” və Trnava “Spartak”ıdır.
Digər iki mümkün rəqibdən biri Donetsk “Şaxtyor”u və ya Zaqreb “Dinamo”su olacaq. Sonuncu potensial rəqib isə AEK və İsrail kubokunun qalibindən biri olacaq.
I təsnifat mərhələsi
Səpələnmişlər
“Şaxtyor” (Donetsk, Ukrayna) və ya “Dinamo” (Zaqreb, Xorvatiya)
“Legiya” (Polşa)
“Partizan” (Serbiya)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Selye” (Sloveniya)
“Spartak” (Trnava, Slovakiya)
Səpələnməmişlər
İsveç kubokunun qalibi
“Paksi” (Macarıstan)
“Levski” (Bolqarıstan)
Azərbaycan kubokunun qalibi (“Sabah) və ya “Zirə”
“İlves” (Finlandiya)
“Aktobe” (Qazaxıstan)
“Priştina” (Kosovo)
Qeyri-müəyyənlər
AEK (Kipr)
İsrail kubokunun qalibi
Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.