RU

İran yenidən İsrailə raket zərbələri endirməyə başladı – Təl-Əviv, Hayfa və Qüds vuruldu...


İsraillə İran arasında müharibə tam sürətlə davam edir. İsrail ordusu İranın şərqində Məşhəd hava limanında bir yanacaq təyyarəsini vurduqdan sonra ölkənin qərb bölgələrinə yeni hava zərbələri endirib. Tehranda da partlayış səslərinin eşidildiyi bildirilir. İranın Şiraz raket obyektləri də İsrail tərəfindən vurulub.

İran isə İsrailə ballistik raket hücumları ilə cavab verir. İsrail hava hücumundan müdafiə sistemləri raketləri havada vurmağa çalışır. Ancaq bununla belə Təl-Əviv, Hayfa və Qüds şəhərlərində güclü partlayışların baş verdiyi bildirilir...

İranın atdığı raketlərdən biri birbaşa Hayfa limanını hədəf alıb, şəhərdə bəzi binaların isə raket zərbələrindən da çökdüyü bildirilir. İsrailin Fövqəladə Hallar Xidməti raketlərin Hayfada bir çox nöqtəyə düşdüyünü bildirib.

TAHİR

Избранный
27
baki-xeber.com

1Источники