RU

SEPAH-ın kəşfiyyat rəisi öldürüldü

İsrailin ordusunun hücumları zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəisi və müavini aradan götürülüb".
ONN media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "Fox News" telekanalına açıqlamasında məlumat verib.
"Sizə deyə bilərəm ki, bir neçə dəqiqə əvvəl Tehranda onların kəşfiyyat rəhbərini və onun müavinini zərərsizləşdirdik", - Baş nazir bəyan edib.
Qeyd edilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat rəhbəri, briqada generalı Məhəmməd Kazımi və müavini general Həsən Mühəqqəq İsrailin hava hücumları nəticəsində dağıntılar altında qalaraq ölüblər.
Избранный
25
onn.az

1Источники