RU

Rusiyalı politoloq: İsrailin qələbəsi qaçılmazdır

İsrailin qələbəsi labüddür, çünki qarşısında xalq deyil, rejim dayanır

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Rusiyalı politoloq Abbas Qalyamova məxsusdur.

“İsrailin qələbəsi təkcə hərbi-texniki və təşkilati üstünlükləri səbəbindən qaçılmaz deyil (bu üstünlüklər də göydən düşməyib, israillilərin seçdiyi inkişaf strategiyasının — tərəqqiyə, modernləşməyə, demokratiyaya və institutlara söykənən yolun nəticəsidir). Ən başlıcası isə İsrailin qələbəsini müəyyən edən amil onun bir millətlə deyil, bir rejimlə döyüşməsidir. Rejim isə hər zaman xalqdan zəif olur”,-deyə Qalyamov qeyd edib.

 

Musavat.com

Избранный
33
50
musavat.com

10Источники