RU

Azərbaycan millisi Avropa çempionu oldu

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatı sona çatıb.

Operativ Media xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb. 

Yığmamız məsul yarışda 3 qızıl 1 gümüş və 2 bürünc medal əldə edib.

Bu nəticəylə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub.

Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl Həsən Həsənov (60 kq) gümüş Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Избранный
11
18
operativmedia.az

10Источники