RU

Azərbaycan millisi növbəti dəfə Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan millisi Şimali Makedoniyada keçirilmiş U-17 Avropa çempionatında komanda hesabında birinci olub.

Arena.az xəbər verir ki, Azərbaycan yığması Skopyedə təşkil olunmuş qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb.

Komandamızın üzvləri məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Bu nəticə ilə 151 xal toplayan Azərbaycan millisi növbəti dəfə Avropa çempionu olub.

Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Избранный
8
14
arena.az

10Источники