Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında komanda hesabında birinci olub.
Publika.az xəbər verir ki, Azərbaycan yığması qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb.
Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib.
Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub.